yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Goranboy rayon icra hakimiyyətində gecə seansları - Pambıq hesabatı gecələr sorğu-sual edilir - VİDEO

Goranboy rayon icra hakimiyyətində gecə seansları - Pambıq hesabatı gecələr sorğu-sual edilir - VİDEO
11-12-2017, 13:54 685 dəfə baxılıb

Goranboy rayonundan inanılması mümkün olmayan məlumat daxil oldu. Belə ki, rayonun idarə rəhbərlərindən saytımızı məlumatlandıran mənbə bildirir ki, Goranboy rayon İcra Hakimiyyətində qeyri-adi iclas keçirilmişdir. İclasın qeyri adiliyi ondan ibarət olub ki, gecə saat 9-10 radələrində Rayon İcra Başçısı Nizaməddin müəllim bütün kənd, qəsəbə və rayon ərazisində pambıq yığımına təhkim olunmuş uşaq baxçası müdirələrini, Ərazi İcra Nümayəndəliklərin əməkdaşlarını İcra hakimiyyətinin inzibati binasına çağırıb yığmış və pambıq yığımının vəziyyəti ilə bağlı sorğu-sual etmişdir. Məlumatla bağlı Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Elçin müəllimlə telefon əlaqəsi saxlayıb məsələyə aydınlıq gətirmək istədik. İcra Hakimiyyəti rəsmisi Bakunews.az-a bildirdi ki, İcra Hakimiyyətində belə bir iclas keçirilməmişdir. İcra Hakimiyyətinin iş saatı səhər doqquz dan axşam saat altı-ya kimidir. Saytımıza daxil olmuş məlumatın yalan olduğunu vurğulayan Goranboy rayon İcra Başçısının müavini Elçin məllim bildiri ki, bu kimi məlumatlar qərəzlidir.
Məlumatlı mənbə ilə bir daha əlaqə saxlayıb iclasda konkret olaraq iştirak edənlərin kimliyi ilə maraqlanıb onlarla əlaqə saxladıq. Nəticədə məlum oldu ki, həqiqətəndə 07 dekabr 2017 tarixdə gecə saatlarında yəni saat doqquz - on radələrində Goranboy rayon İcra Hakimiyyətində iclas keçirilmişdir. Maraqlı olan hal ondan ibarətdir ki, İcra Başçısının müavini Elçin müəllim bu iclası mediadan hansı maraq səbəbindən gizli saxlayır? Hətta bəzi əlaqə saxladığımız məmurlar belə iclasın keçirildiyini bizə dandılar.
Əlaqə saxlayıb məsələnin ndoğru-dürüstlüyünü araşdırdığımız zaman qeydə aldığımız telefon danışıqlarını sizlərə və Goranboy rayon icra Başçısının müavini Elçin müəllimə təqdim edirik.
Cənab Elçin müəllim sizin özünüzün də həmin iclasda iştirak etdiyiniz halda hansı səbəbdən danırsınız bilmirəm.
İclasın keçirilməsini və həmin iclasa gecə saat doqquzda gəlib on bir də evinə gedən pambıq yığımına cəlb olunmuş baxça müdirələrinin telefon danışıqlarını sizə təqdim edirik:

Bakunews.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: rayon, geceler, , hesabati, gece, VDEO, seanslari, sorgu sual, Goranboy, icra, edilir, , hakimiyyetinde, Pambiq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ