Goranboy rayon icra hakimiyyətində gecə seansları - Pambıq hesabatı gecələr sorğu-sual edilir - VİDEO

Məlumatlı mənbə ilə bir daha əlaqə saxlayıb iclasda konkret olaraq iştirak edənlərin kimliyi ilə maraqlanıb onlarla əlaqə saxladıq. Nəticədə məlum oldu ki, həqiqətəndə 07 dekabr 2017 tarixdə gecə saatlarında yəni saat doqquz - on radələrində Goranboy rayon İcra Hakimiyyətində iclas keçirilmişdir. Maraqlı olan hal ondan ibarətdir ki, İcra Başçısının müavini Elçin müəllim bu iclası mediadan hansı maraq səbəbindən gizli saxlayır? Hətta bəzi əlaqə saxladığımız məmurlar belə iclasın keçirildiyini bizə dandılar.
Əlaqə saxlayıb məsələnin ndoğru-dürüstlüyünü araşdırdığımız zaman qeydə aldığımız telefon danışıqlarını sizlərə və Goranboy rayon icra Başçısının müavini Elçin müəllimə təqdim edirik.
Cənab Elçin müəllim sizin özünüzün də həmin iclasda iştirak etdiyiniz halda hansı səbəbdən danırsınız bilmirəm.
İclasın keçirilməsini və həmin iclasa gecə saat doqquzda gəlib on bir də evinə gedən pambıq yığımına cəlb olunmuş baxça müdirələrinin telefon danışıqlarını sizə təqdim edirik:
Bakunews.az