yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qusarın icra başçısı Şair Alxasov 2-ci qrup əlili intihar həddinə çatdırıb - ŞİKAYƏT

Qusarın icra başçısı Şair Alxasov 2-ci qrup əlili intihar həddinə çatdırıb - ŞİKAYƏT
11-11-2017, 11:05 85 330 dəfə baxılıb

Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya


Hörmətli Mehriban xanım! Sizin xarici və daxili siyasətinizi hər an bəyənməklə, daima dəstəkləməyə hazırıq.

Qusar RİHB-sı Şair Alxasov, Qusar rayonun Samur qəsəbəsi ərazisində 1992-1993-cü illərdə, əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evimi, 2 otaqlı hamam binasını, 2 otaqlı yardımçı binanı,02.06.2010-cu il tarixdə , məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas, səbəb olmadan, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə, ekskavatorla sökdürərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmaqla, Azərbaycan Respublikası CM-nin 157.1, 177.3.2, 186.2.1, 308.1 və 309.1-ci maddələrdə nəzərdə tutulan cinayət tərkibli hərəkətə yol vermişdir.

8 il ərzində Qusar rayon prokurorluğun rəhbərliyi ilə qeyri obyektiv araşdırma aparılmış,Şair Alxasovun cinayət tərkibli hərəkətləri müdafiə edilmiş, hal hazıra qədər prokurorluğun rəhbərliyi ilə qəbul edilmiş bütün qərarlar, Qusar rayon məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarları ilə dəfələrlə ləğv edilərək, materiallar Qusar rayon prokurorluğuna qaytarılmışdır.

Bütün hallarda Şair Alxasov öz nüfuzundan istifadə edərək, hüquq-mühafizə, məhkəmə organlarının işinə qanunsuz müdaxilə etməklə, həmin organlar tərəfindən qanunamüvafiq qərarların qəbul edilməsinə maneçilik törətməkdədir.
Qusar RİHB-sı Şair Alxasovun cinayət hərəkətlərı məni Qusar RİH-i binasının qarşısında özümü intihar etməyə, ya da Şair Alxasovu fiziki olaraq məhv etmək məcburiyyətinə gətirib çıxarmışdır.
Bütün əmlakımı qəsdən məhv etməklə cinayət tərkibli hərəkət etmiş, azğınlaşmış, tamahkar, öz biznesin həcminin artırılması ilə məşğul olan, vətəndaşların heç bir müraciətini həll etməyən, vətəndaşlarla təvəzökar davranmayan, özünü Qusar rayonun " PADŞAHI " elan etmiş Şair Alxasov barəsındə qanunamüvafiq tədbirlərin görülməsini Sizdən dönə-dönə xahiş edirəm.
Ümüdvaram ki, yardımınızı əsirgəməyərək, ailəmizdə baş verə biləcək ailə faciənin qarşısının alınmasında köməklik göstərəcəksiniz.

Sizə həmişə dərin hörmət, ehtiram bəsləyən, siyasi və iqtisadi kursunuzu bəyənərək, daima dəstəkləyən Ağamirzəyevlər ailəsi adından :

1. Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu- 2- ci qrup əlil

2.Ağamirzəyeva Bəsti Əmrulla qızı- 2-ci qrup əlil

Xalqxeber.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: intihar, bashchisi, icra, Alxasov, chatdirib, 2 ci, , heddine, elili, qrup, ShKAYET, Qusarin, Shair
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ