"Yoldaş Alxasovdan canımız nə vaxt XİLAS OLACAQ?" - NARAZILIQ!
"Bu gün Qusar camaatının heç bir problemi yoxdur. Tək problemimiz icra başçısıdır. Çünki harda problem varsa, arxasında səbəb kimi Qusarın icra başçısı Şair Alxasov dayanır". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza şikayət edən qusarlılar bildirir.
Daha sonra narazı vətəndaşlar yazır: "Şair Alxasov Qusarda əməlli-başlı rejim qurub. Əslində Qusarda imkanı olan Rusiyaya üz tutur. Çünki Şair Alxasov belə istəyir. O, rayonun tam ağasıdır. Rayondakı bütün gəlirli yerlər ya ona, ya da hansısa qohumuna aiddir.
Şair Alxasovda hara şikayət ediriksə, xeyir də olmur. Ona görə də çarəsiz qusarlılar rayondan getməkdən başqa yol görmürlər.
Bu gün bütün Qusarı düşündürən bir sual var: Yoldaş Alxasovdan canımız nə vaxt qurtaracaq?
Əgər "yuxarılar" bu barədə qərar verməsə, bir-iki ilə Qusarda qusarlı tapılmayacaq...."
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...