yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR

Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR
7-09-2017, 10:40 37 892 dəfə baxılıb

Horadiz şəhərində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı və Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil Nazirliyinin nümayəndəsi Asif Hacıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, tələbə adını qazanmış şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Xalqxeber.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Alı Alıyev qeyd edib ki, Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.
Sonra rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova 2016-2017-ci tədris ili ərzində Füzulidə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. R.Məmmədova rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışıb. Bildirib ki, 2016-2017-ci dərs ilində rayonda 75 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb, 1 musiqi təmayüllü gimnaziya, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Ötən dərs ilində ümumtəhsil məktəblərində 12 min 988 nəfər şagird təhsil alıb. Rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375-i ali məktəblərə, 11-i isə xüsusi təyinatlı məktəblərə, 120-si isə orta ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 25 nəfəri 500-600 arası, 14 nəfəri isə 600-dan çox bal toplayıb. Qeyd olunub ki, Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən tikilərək istifadəyə verilən məktəbin şagirdləri qəbul imtahanlarında daha yüksək nəticə qazanıblar.
Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanmış gəncləri bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə etmişdir.
Sonda qabaqcıl təhsil işçilərinə, o cümlədən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşü keçirildi - FOTOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ali, Fuzulide, qebul, olunmush, kechirildi, gorushu, FOTOLAR, , telebelerle, mekteblere
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ