yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Qənimət Zahid anasının yasına gəlsə..." - AÇIQLAMA

24-01-2017, 15:09 1 317 dəfə baxılıb

Xəbər verdiyimiz kimi Fransada siyasi mühacir statusu ilə yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin anası dünən dünyasını dəyişib.

Qeyd edək ki, həbsdə və ya mühacirətdə olan insanların öz əzizlərini itirən zaman onlarla vidalaşa bilməməsi, yasında iştirak edə bilməməsi ağır mənəvi problem olaraq qalır. Məlumdur ki, bu halda istintaq altında olan və ya məhkum olunmuş şəxslər mövcud qanunvericilikdən minimum şərtlərlə olsa belə yararlanaraq valideynlərinin və ya ailə üzvlərinin yas mərasiminə qatıla bilirlər.

Bəs siyasi mühacirlər necə? Yaxınlarının dəfnində, yas mərasimində iştirak etmək üçün tərk etdikləri ölkəyə qayıtsalar, onları hansı aqibət gözləyir? Konkret olaraq, Qənimət Zahid anasının yas mərasiminə qatılmaq üçün Azərbaycana gələ bilərmi? Gələrsə, bu zaman onu nə gözləyir?

Bu mövzuda suallarımıza hazırda Almaniyada yaşayan jurnalist, Azərbaycan-Türk Cəmiyyətinin rəhbəri Sarvan Rizvanov aydınlıq gətirib:

"Siyasi mühacirət statusu 1951-cı Cenevrə sazişinin müddəalarına uyğun olaraq verilir. Siyasi mühacir adı alan şəxslərə Azərbaycan (və ya tərk etdikləri istənilən) ərazisinə və səfirliklərə giriş qadağandır. Və bu barədə siyasi mühacirə verdikləri pasportda xüsusi qeydlər var. Əgər mühacir bu qanunu pozub öz ölkəsinə gedərsə, siyasi mühacir hüquqlarına xitam verilir. Geri qayıdarsa, yenidən siyasi mühacir statusu almaq üçün aidiyyatı orqanlara müraciət etməlidir. Bu müraciətə müsbət və ya mənfi cavab ola bilər. Əgər vətənə döndüyü zaman azad və sərbəst gəzmişsə və hakimiyyət orqanları tərəfindən izlənməsi və ya bir təzyiq olmamışsa, mühacirin işinə yenidən baxıb "yox" deyə bilərlər. Və ya əksinə. Bütün bu məsələlər məhkəmənin verdiyi son qərarla nəticələnər".

moderator


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-11-2018


13-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ