"Vüqar Səfərli Qənimət Zahidlə bir qəbirdə dəfn olunmaq istəmədi"
Jurnalistlərin "Ankara xatirəsi"...
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin də adı keçən xatirəsini bölüşüb.
E.Eyvazlı bir neçə il öncə, azərbaycanlı jurnalistlərin Ankara səfərini belə nəql edib: “Azərbaycanın 30-a yaxın baş redaktoru qışda Ankarada səfərdə idi. Ankaranın qışını da bilirsiniz...
Bizi bir avtobusa yığmışdılar. Avtobus addımbaşı sürüşürdü...
Birdən Rauf Arifoğlu dedi ki, avtobus yaman sürüşür, bu sürüşmədə bir arzusu var. Hamı maraq etdi.
Arifoğlu davam etdi ki, arzusu odur, avtobus qəzaya düşsün, tək Qənimət Zahid ölsün. Bakıya qayıdanda “Azadlıq” qəzetinin kollektivinə desin ki, Qənimət vəsiyyət etdi ki, qəzet sənin olsun.
Qənimət Zahid dedi başqa bir vəsiyyəti də var. Bu dəfə diqqətlər ona yönəldi.
Bildirdi ki, Vüqar Səfərli ilə yan-yana oturub. O ölsə Vüqar Səfərli də sağ qalmayacaq. Vəsiyyəti odur ki, onu Vüqar Səfərli ilə bir qəbirdə dəfn etsinlər.
Sonrasını özünüz düşünün... Sizcə nə ola bilərdi?
Vüqar Səfərli onunla bir qəbirdə dəfn olunmağa çox kəskin etiraz etdi. Avtobus qəza törətməsə də arzu və vəsiyyətlər aləmi qatdı..

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...