yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vəkil Kamran Həsənli ilə bağlı nazirə müraciət etdi

Vəkil Kamran Həsənli ilə bağlı nazirə müraciət etdi
12-05-2017, 13:08 85 884 dəfə baxılıb

Müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov müvəkkilinin televiziya verilişi aparıcısı Kamran Həsənlidən verdiyi şikayətlə bağlı açılan cinayət işi üzrə istintaq hərəkətlərinin ləng aparılması haqda daxili işlər naziri Ramil Usubova müraciət edib.

C.Yusifov bildirib ki, K.Həsənlinin Türkiyədəki şirkətdə pay sahibi olub-olmamasına dair qonşu ölkəyə sorğu göndərilib: “Bir ildən çoxdur ki, müstəntiq Rüstəm Bayramov Türkiyəyə sorğu göndərmək adı ilə istintaqı dayandırıb. Bir ilə sorğuya cavab ala bilməyən müstəntiqin apardığı istintaqın keyfiyyəti necə olacaq? Konkret olaraq Kamran Həsənli və bacısı Gülər himayə olunur. Əslində, həmin soruğu lazım da deyil, sadəcə istintaqı uzatmaq üçün vasitə kimi istifadə edirlər. Kamran Həsənlinin və bacısının etirafları cinayəti sübut edir”.

Vəkil nazirə müraciət edərək bu işi öz nəzarətinə götürməyi xahiş edib.

K.Həsənli bildirib ki, pulları Türkiyədə fəaliyyət göstərən bir şirkətin səhmlərini S.Piriyevin adına almaq üçün qəbul edib.

Qeyd edək ki, S.Piriyev Nərimanov RPİ-yə müraciət edərək K.Həsənlinin ondan 85 min dollar alıb qaytarmadığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Bakı Şəhər Baş Polis İdarəsində istintaq davam etdirilir. K.Həsənli və bacısı G.Həsənlinin ölkədən çıxışına qadağa qoyulub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Hesenli, muraciet, Kamran, ile, nazire, etdi, Vekil, bagli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ