"Kamran Həsənli işi ört-basdır edənlərə hər gün restoranda qonaqlıq verir" — Samir Piriyevin vəkili
"Artıq biz doğrudan da şahid olduq ki, Kamran Həsənli öz havadarları ilə hüquqa güc gəldi. Bu, çox məyusedici haldır. Faktlar, səs yazıları təqdim olunur, insan özü etiraf edir ki, dələduzluq yolu ilə əldə etdiyi məbləğin 35 min dollarını qaytarıb".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov müvəkkilinin Kamran Həsənliylə arasında olan pul qalmaqalından danışarkən səsləndirib. Vəkil bildirib ki, bu kimi hallar havadarı olan digər şəxslərin də dələduzluq etməyinə zəmin yarada bilər:
"Guya şərik kimi istintaqa təqdim olunan adam Türkiyədə saxlanılır və ifadə verir ki, Samirdən pul almayıb. Üstəlik deyir ki, getsin pulu Kamrandan alsın. Nərimanov rayon prokurorluğu bunları nəzərə alıb cinayət işi başlasın və bu qədər fakt ola-ola cinayət işi iki ilə yaxın uzadılsın. Göstəriş oldu ki, türk Erhan yenidən Bakıya gətirilsin və dindirilsin. İndi həmin şəxs Bakıya gəlmirsə, məgər işə xitam verilməlidir. Erhan əsl həqiqəti Türkiyədə saxlanılanda deyib. Anlamırıq, istintaqa başqa nə lazımdır? Artıq belə çıxır ki, dələduzluq elə, Bakıda kimdənsə pul al, sonra da istintaqa denən ki, pul məndə deyil, üçüncü ölkədə filankəsdədir. Oradan da heç bir sənəd təqdim etməyən kimsə desin ki, heç kim mənə pul verməyib və beləliklə dələduz cəzasız qalsın? Kamran Həsənli də işi ört-basdır edən şəxslərə tanınmış restoranların birində hər gün qonaqlıq versin, işin bağlanmağını qeyd eləsin. Kamrana lazım olanda türkü Bakıya bir günə gətirdi. İstintaq bunu başa düşmür ki, ancaq Kamrana lazım olsa, türk gələcək?"
Qeyd edək ki, Samir Piriyev dəfələrlə mətbuata açıqlamalarında K.Həsənlinin iş qurmaq adıyla ondan aldığı məbləğin 80 min dollarını qaytarmadığını bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...