“Kamran Həsənovun fəaliyyətində dələduzluq əməli qaçılmaz olacaq“
Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasında olan məhkəmə işi növbəti mərhələsinə qədəm qoyub
Açıqlama verən S.Piriyevin vəkili Ceyhun Yusifov bildirib ki, hazırda Türkiyə Respublikasında Kamran Həsənlinin istintaqa verdiyi ifadənin həqiqiliyi yoxlanılır:
“Bu işlə bağlı yaxın günlərdə bəzi məsələlər mətbuata açıqlanacaq. Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən Türkiyə Prokurorluğuna Beynəlxalq tapşırıq verilib. Yaxın günlərdə cavab bilinəcək. Onda görəcəksiniz ki, Kamran və bacısı Gülər Həsənovun fəaliyyətində dələduzluq əməli qaçılmaz olacaq. Kamran Həsənlini məsuliyyət gözləyir. Həmin tapşırıqda Kamran və bacısının konkret olaraq Türkiyədə hər hansı bir mülkiyyətə sahib olub-olmamağının, Samir Piriyevlə göstərdiyi halların da düzgünlüyü yoxlanılır”.
Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək