yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

XİN-də növbəti qalmaqallar

XİN-də növbəti qalmaqallar
10-05-2017, 09:16 37 139 dəfə baxılıb

Xarici işlər nazirliyi sistemində yeni qalmaqalların baş verdiyi haqda məlumatlar yayılıb. Diplomatik mənbələrdən ötürülmüş xəbərlərdə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində korrupsiya faktları üzrə cinayət işinin açildığı iddia olunur. Nümayəndəliyin müşaviri İsmayıl Cəfərovun vəzifəsindən azad edildiyi, digər bir əməkdaşın da geri çağrılacağı da xəbərlər sırasındadır. Bildirilir ki nümayəndəlikdə əməkdaşların məvaciblərinin onlara ödənilmədən mənimsənilməsi, diplomatik imtiyazlardan sui-istifadə yolu ilə yerli banklardan vəsait götürülərək qaytarılmaması və otel xidmətlərinin pulunun ödənilməməsi halları baş verib.
Xatırladaq ki, Bosniyadakı diplomatik nümayəndəliyə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov rəhbərlik edir. Mətbuatda onun barəsində çox sayda korrupsiya ittihamları, faktları əks etdirən yazılar dərc olunub.
İndiyə qədər törətdiyi qanunsuzluqların müqabilində cəzasız qalan Eldar Həsənovun bu dəfə də nazir Elmar Məmmədyarovun köməyilə sudan quru çıxacağı təxmin olunur. Belə ki, Bosniyadakı nümayəndəlikdə baş verənlərdən Eldar Həsənovun xəbərsizliyi inandırıcı olmasa da, bütün məsuliyyətin İsmayıl Cəfərovun üzərinə atılaraq səfir kimi əsas cavabdeh şəxs Eldar Həsənova toxunulmayacağı ehtimal edilir.
XİN-dəki digər qalmaqalda Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov və nazirliyin yüksək vəzifəli diplomatlarindan birinin adı hallanır. İddialara görə D.Şikarov Pakistanda səfir olduğu vaxt nazir Elmar Məmmədyarovun raziliğı və əmri ilə yanında işə götürdüyü, hazırda XİN-də şöbə müdiri vəzifəsini tutan həmin şəxs əvvəllər əməkdaşı olduğu Pakistanin Azərbaycandakı səfirliyinin iqamətgahı üçün torpaq sahəsinin alınması işində müəmmalı bir formada iştirak edərək 200 min manata qədər pulu mənimsəyib. Onun nazir Elmar Məmmədyarov və səfir Daşqın Şikarov tərəfindən hansı səbəbə və nəyin müqabilində diplomatik xidmətə qəbul olunduğu, yüksək vəzifələr verildiyi isə qaranlıq qalır.
Səfir Daşqın Şikarov haqqında isə onun MTN işində həbs olunaraq intihar etmiş pollovnik İlqar Əliyevlə yaxınlığı barədə mətbuatda iddialar yayılmışdı.
XİN-dəki adının çəkilməsini istəməyən mənbənin fikrincə xarici siyasət idarəsində baş verən neqativ halların ardının kəsilməməsinin əsas səbəblərindən biri artıq neçə ildir səngiməyən qamaqallar nəticəsində nazir kimi yararsizliğı tam təsdiq olunmuş Elmar Məmmədyarovun heç nəyə baxmayaraq vəzifəsində saxlanmasıdır. Hesab edilir ki, belə vəziyyətdə çürüməkdə olan XİN -də qalmaqalların davamının gələcəyi qaçılmazdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: novbeti, XN de, qalmaqallar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ