SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Süleyman Rüstəmin diplomat nəvəsi geri çağırıldı

Süleyman Rüstəmin diplomat nəvəsi geri çağırıldı

Tarix:

10-09-2020, 10:55

/ 1 376 dəfə oxundu.
Süleyman Rüstəmin diplomat nəvəsi geri çağırıldı

Azərbaycanın İsveçdəki diplomatik heyəti Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırılıb.

Məlumatda deyilir ki, Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, birinci katib Vaqif Seyidbəyov, konsulluq və humanitar məsələlər üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli artıq Bakıdadırlar.

Diplomatların Bakıya çağırılması ilə bağlı ilkin versiyalardan biri onların Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlatdığı cinayət işi ilə bağlı olmasıdır. Hazırda azərbaycanlı diplomatların fəaliyyət göstərdikləri binanın qapıları da bağlıdır. Telefon zəglərinə isə, cavab verilmir.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış cinayət işinə görə Eldar Həsənov Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri ikən avqustun 13-də DTX əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıb. Bundan bir neçə gün sonra o, səfir vəzifəsindən azad olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) onunla bağlı yaydığı məlumatında deyilir ki, Xarici İşlər Nazirliyində maliyyə yoxlamaları ilə bağlı istintaq gedir və Eldar Həsənovun xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.(Xeber.de)

Qeyd: G.Rüstəmzadə Xalq şairi Süleyman Rüstəmin nəvəsidir.

Şərhlər

XƏBƏR LENTİ