SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əli İnsanova “yaşıl işıq”: silinən 17 min borcun arxasındakı detallar

Əli İnsanova “yaşıl işıq”: silinən 17 min borcun arxasındakı detallar

Tarix:

19-01-2017, 00:05

/ 2 280 dəfə oxundu.
Əli İnsanova “yaşıl işıq”: silinən 17 min borcun arxasındakı detallar

Hakimiyyət sabiq səhiyyə naziri Əli İnsanova “yaşıl işıq” yandırdı. Aylar öncə yazdıqlarımız onun 17 min manat borcunun silinməsi ilə təsdiqini tapdı

Keçmiş nazirin iqtidarla sövdələşməyə getdiyini və həbsdən çıxması üçün razılıq əldə olunduğunu xəbər vermişdi. Hətta dekabrda əfv olacağı və eks-nazirin azadlığa çıxacağı gözlənilirdi.

Yeni il bayramı ərəfəsində əfv fərmanı imzalanmasa da, həbsdəi sabiq nazirlə bağlanan saziş qüvvəsində qalır və onun azadlığa çıxmasına aparan proses sürətlənir.

Vergi borcu silinənlər içərisində eks səhiyyə naziri, hazırda məhbus həyatı yaşayan Əli İnsanov da var. Belə ki Əli İnsanovun on yeddi min iki yüz qırx yeddi manatan səksən dörd qəpik (17.247.84) vergi borcu silinib.

Bununla da iqtidar sabiq nazirə loyal münasibət nümayiş etdirdi. Ə.İnsanovun yaxın gələcəkdə azadlığa buraxılacağı və barəsində açılan yeni cinayət işinə xitam veriləcəyi gözləntisi var.

Daxil olan məlumata görə, hüquq müdafiəçilərinin Əfv Komissiyasına təqdim etdiyi siyahıda sabiq səhiyyət naziri Əli İnsanovun adı keçir.
Məlumatlı qaynağımız qeyd edir ki, bu siyahı üzrə eks-nazirin şansının daha yüksək olduğu bildirilir. İddialara görə, Ə.İnsanovla siyasi hakimiyyət arasında bir centlemen sazişi bağlanıb.

Bu anlaşmanın əsas müddəası ondan ibarətdir ki, keçmiş nazir əfvə imza ataraq azadlığa çıxacaq və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. İlkin razılaşmaya görə onun barəsində açılan yeni cinayət işinə xitam verilir və ev dustağı kimi azad olunur.

Eks-nazir vəkilinə mediaya açıqlama verməməyi və artıq tərəflər arasında anlaşma olduğunu bildirib. Buna görə də İnsanov açılan yeni cinayət işinin istintaqı dövründə susmağa üstünlük verib.

Qeyd edək ki, İnsanova 3 maddə ilə ittiham irəli sürülüb. Maddələr bunlardır: 234.1 (narkotik və ya psixotrop maddələr saxlama), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317 (Cəzçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma).

Şərhlər

XƏBƏR LENTİ