SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Avropa Şurasının baş katibi Əli İnsanova məktubunda nə yazıb?

Avropa Şurasının baş katibi Əli İnsanova məktubunda nə yazıb?

Tarix:

24-10-2017, 12:03

/ 60 147 dəfə oxundu.
Avropa Şurasının baş katibi Əli İnsanova məktubunda nə yazıb?

“Əli İnsanovla bağlı məsələ daim Avropa Şurasının diqqətindədir”, – Avropa Şurasının baş katibi Torbörn Yaqland həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova belə yazıb

Bu barədə sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, Avropa Şurasının baş katibi Əli İnsanova məktub göndərib.

Yaqland qeyd edib ki, Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarının icrası məsələsi də diqqətdən kənarda qalmayıb: “Avropa Məhkəməsinin qərarlarının İcrası Departamenti sözügedən qərarın icrası üçün ardıcıl iş aparır və bu barədə Avropa Şurası baş katibini məlumatlandırır”.
Avropa Şurasının baş katibi həmçinin əlavə edib ki, Əli İnsanovun Avropa Məhkəməsinə göndərdiyi ikinci şikayəti də nəzarətə götürülüb.
Əli İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. O, dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunsa da, sonradan vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və s. ittihamlarla məhkəmə qarşısına çıxarılıb və 11 il azadlıqdan məhrum edilib. Bu cəzanın bitməsinə 56 gün qalmış onun haqqında yeni cinayət işi başlanıb. 70 yaşlı İnsanov bu dəfə psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə ittiham edilib və daha 7 il azadlıqdan məhrum edilib.

Əli İnsanov ittihamları qəbul etmir.

Şərhlər

XƏBƏR LENTİ