yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Deputatı sevincək edən üzrün qəbahəti - Elmira Axundova faktlardan niyə qaçır?

Deputatı sevincək edən üzrün qəbahəti - Elmira Axundova faktlardan niyə qaçır?
26-10-2018, 09:48 157 dəfə baxılıb

Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova sevinib. Xanım deputat sevincinin səbəbi haqda saytlardan birinə açıqlama verib. Onun sözlərindən aydın olub ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğlu Həbib Axundovun adı keçən külli miqdarda dələduzluq işində təqsirləndirilən Elnur İbrahimovun ifadəsindən dolayı sevinib. Elnur İbrahimov həmin ifadəsində iddia edib ki, iş üzrə zərərçəkən Fərman Məmmədov pulları deputatın oğlu Həbib Axundova deyil, ona verib. Pullar katric biznesi üçün deyil, faizə verilib.

Sevinir və unudur ki...

Elmira Axundova sevinir ki, Elnur İbrahimov belə bir ifadə verib, eyni zamanda da unudur ki, biznesin varlığı haqda özünün səs yazıları var. Oğlu da katric biznesi haqda uzun-uzadı ifadələr verib.

Elnur İbrahimov məhkəmədə əlinə verilən kağız parçasından bu iddiaları səsləndirmişdi:

“Mən yenə də deyirəm ki, Fərman Məmmədov Həbib Axundov və Elmira xanımın adını nahaq yerə hallandırır. Mən şəxsən Elmira Axundova və Həbib Axundovun qarşısında utanıram. Elmira Axundovadan üzr istəyirəm. Həbibin mənim Fərmanla olan pul alış-verişindən xəbəri yox idi. Ancaq verilən puldan müəyyən faiz Həbibə çatırdı deyə, o bu işdə maraqlı ola bilərdi” – deyə təqsirləndirilən iddia etmişdi.

Elnur İbrahimov bunları ona vəkilinin verdiyi kağızdan oxuyub. Bu ilin mayında iş üzrə başlanan prosesdə Elnur İbrahimov ilk dəfəydi ki, kağızdan nəsə oxuyub və oxuduqları da xanım deputatı sevincli edib...

Bu təsadüfi olub?

Əlbəttə ki, yox. Çünki xanım deputatı sevincli edən ifadənin planlı şəkildə ortaya atılmasının sübuta ehtiyac yoxdur. Elnur İbrahimov bu günə qədər keçirilən proseslərdə kağız parçasından oxumaqla ifadə verməmişdi. Elmira Axundovanın da onun ifadəsinə istinadla sevinməsi də olmamışdı.

Bəs həmin ifadəni kim yazıb?

Elmira Axundova yazıçıdır. Onun ifadə yazması haqda bu günə qədər məlumat olmayıb. Elnur İbrahimovun xanım deputatın evinin fəxri qonaqlarıdan olması, onunla toylarda oynaması, oğlu ilə şərikli biznesi aparması da belə bir iddianı ortaya atmağa imkan vermir. Mümkündür ki, əvvəlcədən yazılaraq Elnur İbrahimova oxunmaq üçün verilən ifadəni onun vəkili yazıb. Amma vəkil də elə həmin prosesdə deyib ki, bu ifadəni o yazmayıb. Vəkil Fazil Məmmədov ifadənin Elnur İbrahimovun evində yazılmasını açıqlayıb. Təqsirləndirilən şəxsin evində yazıçı fəhmli, deputatı sevincli edəcək qədər ifadə yazmaq qabiliyyətində olan şəxsin varlığı da ayrı mövzudur...

Bəs Elnur İbrahimovun ifadəsi ilə reallıq, həqiqət arasında bərabərlik işarəsi qoymaq olarmı?

Məsələn Elnur İbrahimovun qohumları – iş üzrə şahidlər Ramin və Fərhad Həmidovlar məhkəmədə ifadə verib Elnur İbrahimovun katric biznesi ilə məşğul olduğunu deyiblər.

Həbib Axundovun dostu sevincli ifadəni necə yalana çıxarıb?

Həbib Axundovun dostu Rauf Bəşirov ifadəsi də çox maraqldır. Yasamal rayonu, Naxçıvani küçəsi 15 (6-cı paralelni) ünvanda yerləşən “Fovarit” marketin altındakı yarı zirzəmisində yerləşən “Flame” çay evini işlətmişəm. Çay evini götürüb işlədəndən Axundov Həbib Ramiz oğlunu tanımışam.

Elnur Rauf oğlu İbrahimov da həmin çayxanaya gəlib-gedib:

“Belə ki, həmin dövrlərdə Həbib, Fərrux, Orxan, Emin, onun xalası oğlu Mehman və s. uşaqlar yoldaşlıq edirdilər və Elnur da onların yanına gəlib-gedirdi. Elnurun ilk əvvəl nə işlə məşğul olduğunu bilməsəm də, sonradan ətrafdakılardan onun iş yerlərinə yemək çatdırma işləri ilə məşğul olduğunu, gah ofis ləvazimatlarının satışı ilə məşğul olduğunu eşidirdim. Bir müddət sonra Elnurun maddi imkanı genişlənməyə başladı. Təxminən 2012-ci iln oktyabr ayında yaxşı münasibətdə olduğum Həbib Axundov Elnurun yaxşı biznes qurduğunu, yəni katric ticarəti ilə məşğul olduğunu, Elnura işi genişləndirməsi üçün özünün pul verdiyini və həmin pula görə həftəlik və ya aylıq qazanclar əldə etdiyini bildirib mənə təklif etdi kı, əgər mənim də pulum varsa, həmin işə pul qoyum və həmin biznesdən pul qazanım. Həbib mənə bildirmişdi ki, Elnura verəcək pula görə əldə olunacaq qazancın yarısı mənə, yarısı da ona çatacaqdır. Həmin günlər mənim pula ehtiyacım olduğu üçün Həbiblə razlaşdım və məni də bu biznesdə qoşması üçün 8 min manat pulu çay evində ona verdim. Razılığa əsasən həmin 8 min manata Elnur mənə həftəlik 600 manat qazanc verməli idi, həmin qazancın 300-ü Həbibə, 300-ü mənə çatmalı idi.

Həbib dedi ki, get katric biznesinə nəzarət elə...

Həbib Axundovun dostu ifadəsində deyir ki, Elnura Həbibin vasitəsi ilə 8000 manat pul verdikdən sonra bir ay müddətində vaxtı vaxtında, yəni hər həftə 600 manat qazancı alıb, Həbiblə bölüşüb: “

Səhv etmirəmsə 2012-ci ilin noyabrın sonlarında Həbib mənimlə əlaqə saxlayıb katric biznesi üçün Elnura külli miqdarda pul verdiyini və Elnurun həmin pula katric alıb satmalı olduğunu bildirib mənə tapşırdı ki, mən Elnurun 2-ci Paralelnidə yerləşən çay evinin qarşısna gedim və orada Elnurun işlərinə nəzarət edim. Onun xahişini nəzərə alıb çay evinin qarşısına getdim. Həmin yerə “Qazel” markalı avtomobili gəldi və həmin yük avtomobili katriclərlə tam dolu idi. Daha sonra Elnur mənim iştirakımla həmin yükləri “Caspian SubPlase” şirkətinə aparıb ora boşaltdı. Daha sonra bu barədə Həbibə bildirdim”.

Deputatın Elnur İbrahimovun kağızdan oxuduğu ifadənin məzmununa sevinməsi yaxşı haldır, amma ortada olan ifadələr Elnur İbrahimovun yalan danışdığını tam çılpaqlığı ilə ortaya qoyur. Yalana sevinməyin sonu həqiqət ortaya çıxana qədərdir. Hansı ki, elə deputat oğlunun dostlarının, Elnur İbrahimovun qohumlarının dilindən çıxıb və iş üzrə ifadələrdə yer alıb.

Azsiam.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ