yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
loading...

Komitənin “Yoxlaması” direktorun axırına çıxdı: ATV aparıcısı ölüm işinə cəlb olunur?

Komitənin “Yoxlaması” direktorun axırına çıxdı: ATV aparıcısı ölüm işinə cəlb olunur?
28-01-2017, 00:29 533 dəfə baxılıb
yüklənir...

171 saylı orta məktəbin direktoru Telman Qardaşov qəfildən dünyasını dəyişib

Bu barədə məktəbdən məlumat verilib. Hətta, o da qeyd edilib ki, direktor son günlərdə böyük əsəb keçirib.

“ATV-də yayımlanan “Yoxlama” verilişindən sonra Telman müəllim çox əsəb keçirmişdi. Hər gün əsəbləşirdi. Bunu məktəbdə biz də hiss edirdik. Dünən evdə qəfil halı pisləşib. Həkimə aparıblar. Beyin qanaxması keçirib. Onunla da dünyasını dəyişib”.

ATV-də yayımlanan “Yoxlama” verilişindən sonra Telman Qardaşov daha çox gündəmə gəlmişdi.

Reket xarakterli bu veriliş nəticədə məktəb direktorunun axırına çıxdı.

Azərbaycan təhsilinin anasını ağladanlardan, təhsil naziri Mikayıl Cabbarov və müavinləri Ceyhun Bayramovla Mətin Eynullayevin fəaliyyətindən, təhsil şöbələrindəki vəziyyətdən süjet hazırlamağa cəsarəti olmayanlar bir məktəb müdirinin sonunu gətirdi.
ATV aparıcısı ölüm işinə cəlb olunur?
Hər halda faktla bağlı cinayət işi açıla və direktoru ölümə təhrik etmə ittihamı ilə məsuliyyətə cəlb edilənlər ola bilər. Bu versiya istisna edilmir.

Bununla yanaşı jurnalist də səlahiyyətlərindən sui-istifadə etməməlidir. Reketlik edərək, sənin haqqında onu yazacam, bunu yazacam, birinin də üstünə beşini qoyacam deməsi qanunsuzdur.
ATV aparıcısı ölüm işinə cəlb olunur?
Aparıcı Azərin layihəsi olan veriliş gecə saatlarında təqdim olunur. Sahibkarların sözlərinə görə, teleaparıcı Standartlaşdırma və Meterologiya Patent Komitəsinin nümayəndəsi ilə restoranların gününü qara edib.

İş adamları qeyd edirlər ki, restoranları qapı-qapı gəzərək mədəni şəkildə şantaj proqramı hazırlanır. Bununla həmin restoranların reytinqinə və reputasiyasına zərbə vurulur, antireklam kampaniyası aparılır və bir müddət sonra təkrar yoxlama aparılır.

Bu da ciddi narahatlıq yaradıb. Çünki iqtisadi böhran onsuz da ticarət və restoran şəbəkələrinin belini sındırıb.

Hazırda restoranlar müştəri sarıdan əziyyət çəkir. Belə məqamda komitənin telekanalla müştərək şəkildə obyektlərə mədəni basqını onların kommersiya maraqlarına zərbə vurur.
ATV aparıcısı ölüm işinə cəlb olunur?
ATV telekanalının 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olmaqda günahlandırılan "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məsələ ilə bağlı İstiPress-ə açıqlama verib.

Verilişin aparıcısı direktorun ölümü haqda bunları deyib: "Onun ölümünün mənə nə aiddiyyəti? Məni belə məsələlərə görə niyə narahat edirsiniz? Mənim heç nədən xəbərim yoxdur. Mən başqa işdəyəm. Mənim adım bu işdə niyə hallanır?
Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı? Olmaz axı belə. Mənasız işlər üçün saytlar niyə qaşınır? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır mən günahkar olacağam?”.

Mərhum direktorun oğlu Turqay Qardaşov da açıqlamasında atasının vəfatında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin səbəb olduğunu bildirib.

Verilişin aparıcı Azər İsmayılov direktorun ölümündə ittiham olunur.

Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-04-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ