SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Yoxlama”dan ölən direktorun tələ salınmasından məmur və təhsil naziri çıxdı

“Yoxlama”dan ölən direktorun tələ salınmasından məmur və təhsil naziri çıxdı

Tarix:

30-01-2017, 09:27

/ 2 547 dəfə oxundu.
“Yoxlama”dan ölən direktorun tələ salınmasından məmur və təhsil naziri çıxdı

ATV-nin “Yoxlama” verilişinin direktorun ölümü ilə nəticələnmiş 171 saylı məktəbdəki sujetinin əsl səbəbləri üzə çıxıb

Sosial şəbəkələrdə yayılmış məlumatlara istinadla xəbər veririk ki, 171 saylı məktəbin ərazisi 7 hektardır. Məlum olub ki, 7 hektarın 3 hektarında restoran tikilib.

Bu restoranların bütün kommunal xərcləri məktəbin adına yazılırmış. Bu məsələylə bağlı direktor Telman Qardaşov Təhsil Nazirliyində keçirilən toplantıda məlumat verib.

Amma direktora deyiblər ki, biz buna qarışa bilmərik. Direktor tərəddüd edəndən sonra restoran sahibləri olan oliqarx-məmur ATV-nin “Yoxlama” verilişini hədə-qorxu məqsədilə bu məktəbə göndərib.

Maraqlıdır ki, Telman Qardaşov özü apa-ya məktəbin bərbad halda olduğunu deyib. Aparıcı Azər İsmayılovun heç bir qaydalara sığmayan hərəkətlərindən stress keçirən direktor Telman Qardaşov dünyasını dəyişib.

Bu məlumatı Feysbuk istifadəçisi Azər Lerikli paylaşıb. Məlum olur ki, təhsil naziri Mikayıl Cabbarovun bata bilmədiyi oliqarx direktoru susdurmaq üçün telekanalı alət edib və T.Qardaşova təzyiq göstərib.

Telekanal isə həmin restoranı çəkmək və ərazinin zəbt edildiyini, üstəlik kommunal xərcini direktorun boynuna qoyulduğunu efirə vermək əvəzinə həmin məmura qahmar çıxıb.

Direktor son günlərdə böyük əsəb keçirib. Azərbaycan təhsilinin anasını ağladanlardan süjet hazırlamağa cəsarəti olmayanlar bir məktəb müdirinin sonunu gətirib. Bu azmış kimi, məmura qahmar çıxıb.

Mərhum direktorun oğlu Turqay Qardaşov da açıqlamasında atasının vəfatında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin səbəb olduğunu bildirib.

Verilişin aparıcısı direktorun ölümü haqda bunları deyib:

"Onun ölümünün mənə nə aiddiyyəti? Məni belə məsələlərə görə niyə narahat edirsiniz? Mənim heç nədən xəbərim yoxdur. Mən başqa işdəyəm. Mənim adım bu işdə niyə hallanır?

Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı?

Olmaz axı belə. Mənasız işlər üçün saytlar niyə qaşınır? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır mən günahkar olacağam?”.

Mövzunu diqqətdə saxlayacağıq.

Şərhlər

XƏBƏR LENTİ