SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rus sərhədçilər ukraynalı diversantları atəşə tutdular

Rus sərhədçilər ukraynalı diversantları atəşə tutdular

Tarix:

18-12-2023, 10:13

/ 283 dəfə oxundu.
Rus sərhədçilər ukraynalı diversantları atəşə tutdular

Rusiya sərhədçiləri Belqorod vilayətininTerebrino kəndi ərazisində ukraynalı diversantlarla döyüşə girib, onlardan üçü məhv edilib.

Bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.  

Bildirilir ki,  səkkiz diversantdan ibarət qrup Sumı vilayətinin Qrabovskoye kəndindən çıxaraq Belqorod vilayətinin Krasnoyaruzski rayonu ilə sərhədə yaxınlaşıb.

Sərhədçilər təxminən 30 dəqiqə davam edən atışma döyüşünə girib. Nəticədə üç diversant məhv edilib, qalanları, o cümlədən biri yaralı qaçıb. Rusiya tərəfindən itki yoxdur.

Şərhlər

XƏBƏR LENTİ