Ərdoğan SOCAR rəhbərliyi ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hadisələrinin ildönümündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin də təmsil olunacağı 350 nəhəng şirkətin rəhbəri ilə görüşəcək.
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər veririk.
“R.T.Ərdoğan 15 iyulun ildönümündə dünyanın və Türkiyənin qabaqcıl şirkət rəhbərləri ilə görüşəcək. Türkiyə Prezidenti ümumilikdə 4 trln. dolları idarə edən qlobal şirkətlərin rəhbərlərinə 15 iyul dövlət çevrilişinə cəhddən sonra baş verənləri danışaraq “Türkiyə güvənilən ünvandır, gəlin, sərmayələrinizi yatırın” mesajını verəcək”, - deyə məlumatda qeyd olunub.
“Beynəlxalq İş dünyası toplantı”sında SOCAR, “Bank of China”, “Bauhaus”, “Benetton”, “Chine Energy”, “Coca Cola”, “Facebook”, “General Electric”, “Google”, “Hewlett Packard”, IBM, “Koç”, “Mercedes”, “Motorola”, “Microsoft”, “Nike”, “Pepsi”, “Cisco”, “Siemens”, “Toyota”, “Vodafone” və digər şirkətlərin rəhbərlərinin yer alacağı gözlənilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır