SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İsraildə milli birlik hökuməti quruldu

İsraildə milli birlik hökuməti quruldu

Tarix:

12-10-2023, 08:11

/ 256 dəfə oxundu.
İsraildə milli birlik hökuməti quruldu

 İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağı ətrafında aktiv döyüş əməliyyatlarının başlanması fonunda müxalifət liderlərindən biri Benni Qantsın iştirakı ilə ölkədə milli birlik hökumətinin yaradılmasını rəsmən elan edib.

Baş nazir vurğulayıb ki, İsrail hakimiyyətinin indi əsas vəzifəsi oktyabrın 7-də ölkəyə hücum edən radikal Fələstinin Həmas təşkilatı üzərində qələbə qazanmaqdır. 

"İsrail vətəndaşları, bu gecə biz fövqəladə hökumət formalaşdırdıq. İsrail xalqı birdir, bu gün də onun rəhbərliyi də yekdildir. Ölkəmizin taleyi hazırda təhlükə altında olduğu üçün biz bütün digər mülahizələri bir kənara qoyduq. Bütün israillilərin yaxşılığı üçün, biz birlikdə çalışacağıq. İsrail Dövlətinin yaxşılığı üçün”, o, xalqa televiziya müraciəti zamanı deyib.

Şərhlər

XƏBƏR LENTİ