SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Avropaya sığınacaq üçün müraciət edənlərin sayı artıb

Avropaya sığınacaq üçün müraciət edənlərin sayı artıb

Tarix:

10-09-2023, 11:00

/ 232 dəfə oxundu.
Avropaya sığınacaq üçün müraciət edənlərin sayı artıb

 2023-cü ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrə, həmçinin Norveç və İsveçrəyə sığınacaqla bağlı 519 min nəfər müraciət edib.

Bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi məlumat yayıb. Qurum hesab edir ki, ilin sonunadək rəqəm 1 milyonu keçəcək.

Qurumun hesabatında göstərilir ki, müraciət edənlərin sayı ötən illə müqayisədə 28% çoxdur. Artımın səbəbi bir çox ölkədə siyasi, iqtisadi və ekoloji vəziyyətin pisləşməsidir. Say çoxluğuna görə ilk sıralarda Suriya, Əfqanıstan, Venesuela və Kolumbiya gəlir. Ümumi müraciətlərin 44%-i sözügedən ölkələrin payına düşür.

Müraciət sayı ölkələr arasında qeyri-bərabər bölünüb. İddiaçıların 30%-i Almaniyaya, 17%-i İspaniyaya, 16%-i isə Fransaya müraciət edib.

Şərhlər

XƏBƏR LENTİ