Azərbaycanlılara qan udduran dəstənin lideri ələ keçdi
1990-cı illərdə Moskvada fəaliyyət göstərən “Orexovo-Medvedkovo” kriminal qruplaşmasının lideri Aleksandr Şarapov həbs edilib.Rusiya İstintaq Komitəsinin rəsmi saytına istinadən məlumata görə, Şarapov 16 il idi, Rusiyada axtarışa verilmişdi.
O, bir neçə qətldə, cinayətkar dəstə yaratmaqda, quldurluqda və digər cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, “Orexevo-Medvedkovo” qruplaşması Moskvanın ən qəddar cinayətkar qruplaşması hesab edilirdi. Əsəsən Moskvanın cənubunda fəaliyyət göstərən bu qruplaşmanın qurbanları arasında xeyli azərbaycanlı da olub. Onlar Moskvanın “Orexevo”, “Domodedovo”, “Kaşirskaya”, “Kantemirovskaya”, “Tsaritsino” və digər metrostansiyaları yaxınlığında ticarət və taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlılara qarşı xüsusi qəddarlıq göstəriblər. Həmin vaxt qruplaşma üzvləri bir neçə azərbaycanlını qətlə yetirmişdilər. Onlarla azərbaycanlının ticarət nöqtələri isə əllərindən alınmışdı. Əksər azərbaycanlılar isə qruplaşmaya böyük məbləğdə haqq ödəyirdilər.
46 yaşlı Şarapov Rusiyanın Vladimir şəhərində saxlanılıb və Moskvaya gətirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?