Rəsmi Vaşinqtondan dinc sakinlərin öldürülməsinə reaksiya
“Amerika Birləşmiş Ştatları əvvəlki kimi, bu ayın 4-ü Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçirir”.
Bunu ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer keçirdiyi brifinqdə deyib.
"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik", – deyə o qeyd edib.
Hizer Nauer bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır.
“Bizim bu region üzrə siyasətimiz açıq-aydındır: Münaqişə, gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər”, deyə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?