SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya ordusunun itkilərinin sayı açıqlandı

Rusiya ordusunun itkilərinin sayı açıqlandı

Tarix:

13-08-2023, 14:40

/ 354 dəfə oxundu.
Rusiya ordusunun itkilərinin sayı açıqlandı

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 254 minə yaxınlaşır.

“Xalqxeber.az” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya müharibənin başlanğıcından bu günə kimi, təxminən, 253 850 canlı qüvvəsini itirib.

Məlumata görə, bundan başqa, Rusiya ordusunun indiyədək 4 298 tank, 8 335 zirehli döyüş maşını, 5 072 artilleriya sistemi, 713 RYAS (reaktiv yaylım atəş sistemləri), 315 təyyarə, 313 helikopter, 4 204 PUA, 1 379 qanadlı raket, 7 543 avtomobil texnikası və 760 xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

XƏBƏR LENTİ