SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "İbrahim Rəisi iqtisadiyyatı tamamilə məhv edib" - İranlı deputat

"İbrahim Rəisi iqtisadiyyatı tamamilə məhv edib" - İranlı deputat

Tarix:

13-07-2023, 19:23

/ 379 dəfə oxundu.
"İbrahim Rəisi iqtisadiyyatı tamamilə məhv edib" - İranlı deputat

 
İran prezidenti İbrahim Rəisi iqtisadiyyatı tamamilə məhv edib və ölkə “iqtisadi fəlakətə” yuvarlanıb.

Bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib.

Onun sözlərinə görə, Ruhani prezident seçkilərində 7 min səhifəlik proqramında ölkə vətəndaşlarına çoxlu vədlər verib. Halbuki onların heç biri yerinə yetirilməyib.

"İbrahim Rəisi güclü dövlət qurmağı vəd etmişdi. Güclü dövlət qurmaq bir yana, iqtisadiyyat acınacaqlı vəziyyətdədir", - deputat bildirib.

Parlamentari əlavə edib ki, ölkə valyutası “dəhşətli” şəkildə devalvasiyaya uğrayıb. Vətəndaşlar zəruri məhsullar almaq üçün uzun növbələrdə gözləməli olurlar. Məhsulların qiymətləri bir neçə dəfə bahalaşıb, 100%-lik inflyasiya hökm sürür. Ümumilikdə isə ölkədə iqtisadi fəlakət yaşanır.

Şərhlər

XƏBƏR LENTİ