SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqladı - YENİLƏNİB

Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqladı - YENİLƏNİB

Tarix:

12-07-2023, 20:27

/ 261 dəfə oxundu.
Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqladı - YENİLƏNİB

 
"Cənab Prezident Baydenlə çox yaxşı görüşümüz oldu. Görüş nəzərdə tutulduğundan ən azı iki dəfə uzun çəkdi və kifayət qədər mənalı oldu".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra “Twitter“də yazıb.

“Protokol iclası dayandırmasaydı, daha çox danışacaqdıq. Bütün mövzular - uzunmüddətli dəstək, silahlar, siyasət, NATO barədə danışdıq. Biz bu müharibəni ümumi qələbəmizlə necə bitirəcəyimizi aydın görürük”, - o deyib.

18:27

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında görüş başlayıb.

Görüş NATO-nun Vilnüs sammiti çərçivəsində keçirilir.

Görüşdə dövlət başçıları Ukraynaya uzaqmənzilli raketlərin və F-16 qırıcılarının tədarükü perspektivlərinə toxunacaqlar.

Şərhlər

XƏBƏR LENTİ