Rusiyanın “Məxfi ordusu”dan ŞOK İŞGƏNCƏLƏR - VİDEO
Rusiyanın Suriyada məxfi fəaliyyət göstərən “Vaqner qrupu” adlı hərbi şirkətinin döyüşçüləri əsirlərə amansız işgəncələr verirlər.
Bu haqda naməlum kişinin döyülməsinin videosunu təhlil edən “Conflict Intelligence Team qrupu” yazıb.
Videoçarxa görə rusdilli silahlı insanlar bir nəfəri “İŞİD üzvü” adlandıraraq çəkiclə döyürlər. Kadra həmçinin işgəncəyə məruz qalan başqa bir kişi düşüb.
“Bu video təhlil edərək belə nəticəyə gəldik ki, “Vaqner qrupu”nun döyüşçüləri Suriyanın şərqində səhrada hərəkət edirlər. “Vaqner qrupu” hazırda Palmirada - qaz və fosfat yataqlarının olduğu ərazidədir”, - xəbərdə deyilir.
Qeyd edək ki, “Vaqner qrupu” rəsmi olaraq mövcud deyil. Nə güc strukturlarında, nə də hüquqi şəxslərin reyestrində onun adını tapmaq mümkündür. Döyüşçülərın adları şəxsi heyətin formulyar siyahılarında da yoxdur.
Bundan başqa, Rusiyada şəxsi hərbi şirkətlər haqqında qanun mövcud deyil.
“Şəxsi hərbi şirkətlər Rusiya Konstitusiyasına uyğun olaraq qadağan edilib. Qanuna uyğun olaraq arsenalında zirehli hərbi maşınlar, daşınabilən zenit kompleksləri və minaatanlar olan mülki təşkilatlar ola bilməz. “Amma o var”, - “Fontanka” yazıb.
2013-cü ildə Suriyada dağıdılan “Slavyan korpusu” əsasında formalaşdırılmış “Vaqner qrupu” 2014-cü ilin yazından Krımda, daha sonra isə Luqansk vilayətində hərəkət edib.
Vaqner kimi tanınan şəxs ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkindir. O, 2013-cü ilə qədər Müdafiə Nazirliyinin Əsas kəşfiyyat məntəqəsində çalışıb. Ehtiyata çıxandan sonra dəniz gəmilərinin mühafizəsi sahəsində ixtisaslaşan şəxsi şirkət “Moran Security Group”da işləyib. 2013-cü ildə MSG-nin menecerləri “Slavyan korpusu”nu təşkil edərək onu Suriyaya Bəşər Əsədi müdafiə etməyə göndərib. Korpus bir sıra müvəffəqiyyətsiz döyüşlərdə iştirak edib. Dmitri Utkin 2014-cü ildən şəxsi bölmənin komandiridir və onun çağırışı ilə bölmə “Vaqner qrupu” adını alıb.
“Fontanka”nın yazdığına görə, “Vaqner qrupu”in döyüşçüləri Ukrayna və Suriya ərazisində döyüş hərəkətləri üçün dövlət mükafatları alırlar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır