SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » TƏCİLİ! Rusiya hərəkətə keçdi - Ukraynaya ən böyük PUA hücumu

TƏCİLİ! Rusiya hərəkətə keçdi - Ukraynaya ən böyük PUA hücumu

Tarix:

29-05-2023, 10:48

/ 357 dəfə oxundu.
TƏCİLİ! Rusiya hərəkətə keçdi - Ukraynaya ən böyük PUA hücumu

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 54 "Shahed" tipli pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum təşkil etdiyini və bunun bugünə qədərki ən böyük PUA hücumu olduğunu açıqlayıb. 

52 PUA-nın havada məhv edildiyi bildirilib.

“Mayın 28-in ilk saatlarında düşmən şimaldan Bryansk bölgəsində, cənubdan isə Krasnodar bölgəsində İran istehsalı Shahed-136/131 pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib. Hücumda ümumilikdə 54 PUA-dan istifadə edilib. Hücum xüsusilə Kiyev bölgəsindəki hərbi obyektləri və mülki infrastrukturu hədəf alıb. Uğurlu müdaxilə nəticəsində 52 PUA havada məhv edilib" - Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasında qeyd olunub.

Hərbi Hava Qüvvələri bu hücumun Rusiyanın indiyə qədər həyata keçirdiyi ən böyük PUA hücumu olduğunu vurğulayıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Şərhlər

XƏBƏR LENTİ