SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı açıqlandı

Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı açıqlandı

Tarix:

21-05-2023, 10:40

/ 267 dəfə oxundu.
Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı açıqlandı

Mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində səsvermədə iştirak edən Türkiyə vətəndaşlarının sayı açıqlanıb.

Xalqxeber.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə xaricində səsvermədə iştirak edənlərin sayı 471 734 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.

Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.

Şərhlər

XƏBƏR LENTİ