SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadın barəsində HƏBS QƏRARI VERİLDİ

Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadın barəsində HƏBS QƏRARI VERİLDİ

Tarix:

20-05-2023, 20:30

/ 440 dəfə oxundu.
Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadın barəsində HƏBS QƏRARI VERİLDİ

Ermənistanın baş nazir Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xalqxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat yayıb.

Bu barədə ümumi yurisdiksiya məhkəməsi qərar çıxarıb.

Vəkil deyib ki, hakim Jora Çiçoyanın qərarından şoka düşüb, çünki proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub.

Müttəhimin hökmlə bağlı apellyasiya şikayəti verəcəyi bildirilib.

Q.Akopyanın aclıq aksiyası davam edir. Onun səhhəti hələ ki, qənaətbəxşdir.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ