SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Səudiyyə Ərəbistanı Həcc ziyarətinə məhdudiyyət qoydu

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə məhdudiyyət qoydu

Tarix:

27-03-2023, 22:18

/ 320 dəfə oxundu.
Səudiyyə Ərəbistanı Həcc ziyarətinə məhdudiyyət qoydu

 
Səudiyyə Ərəbistanı Ramazan ayında Ümrə ilə bağlı məhdudiyyətlər qoyub.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayında hər kəsə yalnız bir dəfə ümrə ziyarətinə icazə veriləcəyini açıqlayıb.

Nazirlik bu qərarın Ramazan ayında ümrə etmək istəyən hər kəs üçün rahatlıq təmin etmək və daha çox insanın ümrə ziyarətinə getməsinə şərait yaratmaq məqsədilə qəbul edildiyinə diqqət çəkib.

Ümrə etmək üçün Nusuk müraciətindən icazə alınması lazım olduğunu qeyd edən Nazirlik, Səudiyyə Ərəbistanı vətəndaşlarının, Səudiyyə Ərəbistanında oturma icazəsi olanların və aktiv vizası olan əcnəbilərin ümrə ziyarətinə icazə verildiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ