Azərbaycanlı avtoriteti döydürən “oğru”lar ələ keçdi - ƏMƏLİYYAT
Moskvada bir neçə “qanuni oğru” saxlanılıb. Lent.az-ın yerli KİV- istinadən məlumatına görə, “Merani” restoranında əməliyyat keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal avtoritetlərin “sxodka”sının qarşısını alıblar. “Sxodka”ya yığışanlar Rusiyanın ən böyük şəhərlərindən birinə nəzarətçi (“smotryayuşi”) təyin etməliydilər.
Məlumata görə, saxlanılanların sayı 11 nəfərdir. Onların arasında Kaxa Qalski və Qudja Kutaisski kimi nüfuzlu “qanuni oğrular” da var. Avtoritetlə Novosibirskə Paşa Beşenni ləqəbli Pavel Brusentsevi nəzarətçi təyin etməliydilər.
Pavel Brusentsev Antip ləqəbli “qanuni oğru”yla yaxınlığı ilə tanınır. Məhz o və Antip bir qədər əvvəl Novosibirskdə azərbaycanlı avtoritet Kənan Cəlilovu həbsxanada ölümcül döydürmüşdülər. Cəlilov Novosibirskdə heç kimlə hesablaşmayan avtoritet kimi tanınırdı. Bir neçən maddəylə həbsdə yatsa da yenə də şəhərdəki əksər ticarət nöqtələrinə nəzarət edirdi. O vaxt təcridxana rəisinə külli miqdarda rüşvət verən Beşenni və Antip 10 nəfərdən çox məhbusun Cəlilovun kamerasına soxularaq, onu ölümcül döyməsinə nail olmuşdular. Cəlilov bir neçə gün koma vəziyyətində olsa da, həkimlərin səyi ilə ölümdən dönmüşdü. O, hazırda azadlıqdadır və əlil arabasında gəzir. Məlumata görə, Cəlilov hələ də Novosibirskdə hələ də söz sahibidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır