Telman İsmayılova daha bir şok
Rusiyalı Azərbaycan əsilli sahibkar, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmaylovun ABŞ-ın Las Veqas şəhərində yerləşən ümumi sahəsi 7 min kv.m olan ticarət mərkəzinə həbs qoyulub.
Həbs qərarı "Moskva Bankı"nın iddiası əsasında verilib. Məlumata görə, hazırda T.İsmaylovun "Moskva Bankı" qarşısında borunun həcmi 19 mlrd. rubl təşkil edir.
"Moskva Bankı ABŞ məhkəməsinə müraciət edərək kreditlər üzrə ödəmələri dayandıran və əldə etdiyi vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə qohumlarının adına daşınmaz əmlak əldə edən Telman İsmaylovu dələduzluqda ittiham edib. Məhkəmə ticarət mərkəzinə həbs qoyaraq kreditorun iddialarını cavablandırmaq üçün cavabdeh tərəfə vaxt verib", - deyə bankın xəbərində bildirilir.
Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.
Moskva məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır