SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Zəlzələdən böyük zərər görən Nurdağı tamamilə söküləcək

Zəlzələdən böyük zərər görən Nurdağı tamamilə söküləcək

Tarix:

13-02-2023, 22:02

/ 289 dəfə oxundu.
Zəlzələdən böyük zərər görən Nurdağı tamamilə söküləcək

 
Qaziantepin zəlzələ fəlakətindən böyük zərər görən Nurdağı mahalı tamamilə sökülərək yenidən tikiləcək.

Zəlzələnin 8-ci günündə burada dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.

18 yaşlı Saadet Coşkun zəlzələdən 160 saat sonra Nilüfer yaşayış binasından sağ-salamat xilas edilib. Hazırda ərazidəkı son 8 mənzildə müvafiq işlər aparılır.

Vali Osman Bilgin də Nurdağı mahalının tamamilə sökülərək yenidən tikiləcəyini təsdiqləyib.

Şərhlər

XƏBƏR LENTİ