SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Yunanıstan XİN başçısı Türkiyəyə gəldi

Yunanıstan XİN başçısı Türkiyəyə gəldi

Tarix:

12-02-2023, 14:40

/ 286 dəfə oxundu.
Yunanıstan XİN başçısı Türkiyəyə gəldi

 
Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər edib.

Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.

Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Dendias Yunanıstanın Cenevrədəki Daimi Nümayəndəliyinin Türkiyə və Suriyaya təcili humanitar yardım göstərilməsi üçün tədbirlər görməsinə göstəriş verib.

Qeyd edək ki, yunan nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.

Şərhlər

XƏBƏR LENTİ