İranda bu rəqs qadağan olundu: qadınlar azadlıq istəyir
Ölkə rəsmilərinin islam ideologiyasına zidd olduğu elan etdikdən sonra Zumba rəqsləri İranda qadağan edilib.
İranın Ümumi İdman Federasiyasının rəhbəri Əli Məcdara bu ayın əvvəlində sözügedən rəqsin qadağan edilməsi barədə ölkənin Gənclər və İdman Nazirliyinə açıq məktub məktub ünvanlayıb. Məktubda deyilir:
"Zumba kimi rəqslərin bu və ya başqa bir formada ifa edilməsi və təbliği islam ideologiyasına ziddir və rəsmi şəkildə qadağan edilməlidir".
Qanunun qəbul edilməsi fitneslə məşğul olan qadınların etirazına səbəb olub. Əksəriyyət insan sosial şəbəkələrdə öz etirazlarını yazıb və bunun mədəni normalara qarşı olduğunu bildiriblər.
Zumba ilə məşğul olan tələbə Zöhrə Səfəvizadə "Los-Anceles Tayms"a verdiyi açıqlamasında qadağanı may ayında yenidən prezident seçilən Həsən Ruhaninin vətəndaş azadlıqlarına qarşı atılan ən böyük addım kimi dəyərləndirib.
"İnsanlar, prezident Həsən Ruhaninin seçim öncəsi vəd etdiyi şeyləri tələb edirlər. Biz qadınlar burada kiçik bir xoşbəxtlikdən belə məhrumuq", - deyə o, bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır