SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

Tarix:

27-11-2022, 17:00

/ 263 dəfə oxundu.
İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

 
Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Xalqxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

Şərhlər

XƏBƏR LENTİ