SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Daha bir məşhur şirkət Rusiyanı TƏRK EDİR

Daha bir məşhur şirkət Rusiyanı TƏRK EDİR

Tarix:

31-10-2022, 09:23

/ 265 dəfə oxundu.
Daha bir məşhur şirkət Rusiyanı TƏRK EDİR

 
Çinin “Huawei” şirkəti smartfonların Rusiyaya birbaşa çatdırılmasını tamamilə dayandırıb. 

Bu barədə bazar ertəsi “İzvestiya” qəzeti şirkətdə işləyən mənbəyə istinadən yazıb.

Məlumata görə, şirkət Rusiya bazarını tərk edə bilər.

“Huawei” həmçinin Rusiyaya planşetlər, noutbuklar, televizorlar və digər avadanlılar idxal etmir”, – mənbə qəzetə bildirib.

“Telecom Daily”nin baş direktoru Denis Kuskov qəzetə bildirib ki, bəzi avadanlıqlar hələ də brendin rəsmi mağazasında satılır, lakin bunlar əvvəlki tədarüklərin qalıqlarıdır.

Yeni partiyaların olmaması “Huawei” onlayn mağazasının bağlanmasına səbəb ola bilər.

Qeyd edək ki, şirkət yazda Rusiyaya mobil rabitə üçün baza stansiyalarının tədarükünü dayandırıb.

Kuskovun sözlərinə görə, şirkət öz işçilərini Qazaxıstan və Özbəkistana köçürüb və onlar yaxın gələcəkdə geri qayıtmayacaq.

Şərhlər

XƏBƏR LENTİ