SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Pakistanda seçkilər - Xanın partiyası qalib gəldi

Pakistanda seçkilər - Xanın partiyası qalib gəldi

Tarix:

17-10-2022, 22:43

/ 506 dəfə oxundu.
Pakistanda seçkilər - Xanın partiyası qalib gəldi

 
Keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyası (PTI) ölkədə keçirilən aralıq seçkilərində qalib gəlib.

 Pakistan parlamentində 8, Pəncab regional parlamentində isə 3 yer üçün əlavə seçkilər keçirilib.

Qeyri-rəsmi nəticələrə görə, Xanın rəhbərlik etdiyi PTI ölkə parlamentində 8 yerdən 5-ni, Pəncabda isə 3 yerdən 2-ni qazanıb.

Koalisiya hökumətində yer alan Pakistan Xalq Partiyası parlamentdə 2, Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası-Nəvaz Partiyası isə 1 mandat əldə edib.

PTI-nin baş katibi Əsəd Ömər paytaxt İslamabadda verdiyi açıqlamada xalqın iradəsinin bəlli olduğunu vurğulayaraq, erkən seçkilərin keçirilməsinin önəminə diqqət çəkib.

İmran Xan aprel ayında vəzifəsindən uzaqlaşdırılandan bəri erkən seçkilərə çağırır. Aralıq seçkilərin nəticələrindən sonra Xan və partiyasının erkən seçki çağırışını daha güclü şəkildə səsləndirəcəyi gözlənilir.

Xan iyulda Pəncabda keçirilən aralıq seçkilərində də qalib gəlmişdi.

Şərhlər

XƏBƏR LENTİ