SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Paşinyan Rusiyaya getdi - VİDEO

Paşinyan Rusiyaya getdi - VİDEO

Tarix:

6-09-2022, 21:34

/ 517 dəfə oxundu.
Paşinyan Rusiyaya getdi - VİDEO

 
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərinə işgüzar səfərə gədib.

Nazirlər Kabinetinin rəhbərinin rəhbərlik etdiyi nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, NA-nın vitse-spikerləri Akop Arşakyan, Ruben Rubinyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər rəsmi şəxslər daxildir.

Paşinyan Vladivostokda Rusiya prezidenti Vladimir Putin və digər dövlət başçılarının iştirakı ilə keçiriləcək 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya doğru” mövzusunda plenar iclasında iştirak edəcək.

Ermənistan Respublikasının baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında da görüş nəzərdə tutulub.


Şərhlər

XƏBƏR LENTİ