SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tramp kişilərin hamilə qalma ehtimalından danışdı

Tramp kişilərin hamilə qalma ehtimalından danışdı

Tarix:

24-07-2022, 10:43

/ 348 dəfə oxundu.
Tramp kişilərin hamilə qalma ehtimalından danışdı

 
ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühafizəkar gəncləri təhsildə radikal LGBT təşkilatı ilə mübarizə aparmağa çağırıb.

O, belə bir mesajla “Turning Point Action” təşkilatının iştirakçılarına müraciət edib.

“Təhsil sistemimiz xəstədir. Məktəblərdə dua etmək qadağandır, lakin dreq-şoularına icazə verilir. İndi siz uşaqlara Müqəddəs Kitabı öyrədə bilməzsiniz, ancaq kişilərin hamilə qala biləcəyini öyrədə bilərsiniz. Uşaqlarımızın iyirmi dəqiqə belə bu mühitdə qalmasına icazə verməməliyik”.

Məlumat üçün bildirək ki, 2021-ci ilin dekabrında ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindəki dövlət məktəbləri oğlan və qızlar tualetlərini ləğv edib, əvəzində “uşaqların cinsi kimliyinə uyğun gələn” tualetlər yaradıb. Bundan əlavə, məktəblərdə əllərin yuyulması üçün “gender-neytral ərazi” yaradılacaq.

Şərhlər

XƏBƏR LENTİ