Sabahdan etibarən üç ölkənin vətəndaşları Qazaxıstana işgüzar səfərlərlə, fərdi məqsədlərlə və turist gəzintilərinə vizasız gələ biləcəklər.
Xalqxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, rəsmi Nur-Sultan Çin, Hindistan və İran vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş açır.
Miqrasiya Xidməti Komitəsinin məlumatında deyilir ki, bundan sonra Çin və Hindistan üçün tətbiq edilən 72 saatlıq xüsusi vizasız keçid rejimi qüvvədən düşmüş sayılır. İndən belə bu ölkələrin və İranın vətəndaşları 14 təqvim günü müddətində Qazaxıstan ərazisində qala biləcəklər.