XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Tramp üçün yeni başağrısı - Boris Eptşeyn onun Kremllə əlaqələrindən danışacaq

Tramp üçün yeni başağrısı - Boris Eptşeyn onun Kremllə əlaqələrindən danışacaq

Tramp üçün yeni başağrısı - Boris Eptşeyn onun Kremllə əlaqələrindən danışacaq
1-06-2017, 15:09

ABŞ-da Donald Trampın komandasının Rusiya ilə əlaqələri ilə bağlı işdə yeni fiqur peyda olub.
ABŞ Nümayəndələr palatasının kəşfiyyat üzrə komitəsi Ağ Evin keçmiş əməkdaşı, əslən Rusiyadan olan Boris Epşteyni dinləmələrə dəvət edib.
Epşteyn seçkilərdə “Rusiya izi” haqqında Konqres üzvlərinə məlumat verəcək.
Xəbər verildiyi kimi, Epşteyndən başqa komissiya prezidentin kürəkəni Cared Kuşner də daxil olmaqla Ağ Evə yaxın daha bir neçə şəxsi dinləmələrə cəlb etmək niyyətindədir.
Boris Epşteyn Donald Tramp administrasiyasında onun etibarlı şəxslərinin televiziya çıxışlarının koordinasiyasını həyata keçririrmiş.
Lakin Tramp prezident səlahiyyətlərinə başladıqdan bir müddət sonra o Ağ Evdəki vəzifəsini tərk edib. Administrasiya rəsmiləri onun gedişini şəxsi səbəblərlə bağlasalar da, hər halda hadisələrin fonunda bu hadisə komitə üzvlərinin diqqətindən yayınmayıb.
Epşteynin vəkili müştərisinin Konqresə çağırıldığını artıq təsdiqləyib.
Boris Epşteynin şəxsi bioqrafiyasında maraqlı məqamlar çoxdur. O, 1982-ci ildə Rusiyada anadan olub və 1993-cü ildə 11 yaşında ailəsi ilə birlikdə Amerikaya köçüb. İxtisasça hüquqşünas olan Epşteyn Corctaun universitetində təhsil alarkən Donald Trampın böyük oğlu Eriklə tanış olub.
Ən maraqlısı odur ki, Trampla çalışana qədər o, indiki prezidentin partiya daxilindəən böyük müxaliflərindən biri hesab olunan senator Con Makkeynin qərargahında fəaliyyət göstərib. Makkeyn isə, bilindiyi kim, həm də Putin rejiminə qarşı ən sərt çıxışları ilə seçilən siyasətçi hesab olunur.
Lakin Epşteyn həmişə hər yerdə özünün Rusiyapərəst baxışlarını önə çıxarıb. Məsələn, o, CNN-ə verdiyi müsahibədə Rusiyanın Krımı işğal etmədiyini söyləyib. “Biz yalnız Ukrayna və Krım arasında münaqişədən danışa bilərik. Bu münaqişə hələ də davam edir. Lakin Rusiya oranı zorla ələ keçirməyib”,- Epşteyn müsahibəsində deyib.
ABŞ mətbuatı Epşteynlə bağlı başqa bir maraqlı faktı yazır. Belə ki, Epşteyn prezidentin yəhudi soyqırımının qurbanları ilə bağlı nitqini hazırlayan şəxs olub. Soyadından da göründüyü kimi, yəhudi əsilli Epşteyn çıxış mətnində antisemitizm və 2-cü dünya müahribəsində ölən 6 milyon yəhudi ilə bağlı heç bir məlumat yazmayıb. Hazırda Ağ Evin keçmiş əməkdaşı Sinclair Broodkcst Group-un siyasi analitiki kimi fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, Trampın administrasiyasını Epşteyn kimi mətbuatla çalışan daha bir məmur tərk edib. Bu Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru Maykl Dubkedir.
Mətbuatda gedən xəbərlərə görə, Konqresin əlləri Trampın şəxsi vəkili və onun adından Praqada Rusiya xüsusi xidmət orqanları ilə müzakirə apardığı deyilən Maykl Koenə qədər uzanıb. Konqres ondan işlə bağlı bütün sənədlərin verilməsini tələb edir. Koen isə konstitusiyanın 5-cü düzəlşini əsas göstərərək dinləmələrə gəlmək istəmədiyini bildirib.
Hər halda Maykl Flinn, Cared Kuşner, Maykl Koen, Maykl Dubke, Boris Epşteyn......Ağ Evdəki bu cür “yarpaq tökülmə”ləri onu sahibi üçün heç bir yaxşı bir şey vəd etmir.
Trampa qarşı cəbhə alan mətbuat və Konqresdəki dinləmələr prezidenti Rusiya ilə əlaqələrində manevr etməyə də maneçilik törədir.
Prezident isə çarəni ictimiayyətin diqqətini ayrı istiqamətə yönəltməkdə axtarır. Siyasi müşahidəçilərin fikrincə, Trampın iqlim haqqında sazişdən çıxması əslində bu məqsədə xidmət edib. Bundan başqa, Tramp tvitterdə müxtəlif məsələlər barədə yenə də öz fikirlərini paylaşmaqla gündəmi müəyyən olunması ilə bağlı təşəbbüsü öz əlində saxlamağa çalışır.
Ekspertlərin rəyinə görə, prezidentin situasiyada istənilən hərəkəti ona ancaq zərər gətirir. Hər halda ABŞ tarixində hakimiyyətə gəldiyi ilk günlərdən yalnız öz daxili problemləri ilə boğuşan ikinci belə nümunəyə rast gəlmək mümkün deyil.

Musavat.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.