SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Gürcüstanda turist avtobusu qəzaya düşüb, yaralılar var

Gürcüstanda turist avtobusu qəzaya düşüb, yaralılar var

Tarix:

25-06-2022, 18:47

/ 335 dəfə oxundu.
Gürcüstanda turist avtobusu qəzaya düşüb, yaralılar var

 
Gürcüstanın Kaxeti bölgəsində turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

Xalqxeber.az gürcü mətbuatına istinadən xəbər verir ki,  nəqliyyat vasitəsi Bakurtsixe-Tbilisi yolunda minik avtomobili ilə toqquşub.

Nəticədə mikroavtobusda olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 9-u xarici turist, biri sürücü, digəri isə bələdçidir.

Yaralılar xəstəxanaya çatdırılıb. İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir.

Şərhlər

XƏBƏR LENTİ