Türkiyədə dəhşətli helikopter qəzası: yüksək rütbəli 13 hərbçi şəhid oldu
Türkiyədə çox sayda hərbçinin ölümü ilə nəticələnən helikopter qəzası baş verib.
xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak vilayəti Uludere rayonunun Şenoba bölgəsində baş verib.
Məlumata görə qəzaya, havaya qalxan helikopterin yüksək elektrik gərginliyinin olduğu naqilə çırpılması səbəb olub.
Yüksək rütbəli hərbçilərin də şəhid olduğu qəza barədə Baş qərargah idarəsi açıqlama yayıb:
“2017-ci il mayın 31-də çərşənbə günü Şırnak/Şenoba briqada komandanlığımdan havaya qalxan və içərisində 13 hərbçinin olduğu “AS 532 Cougar” tipli helikopter uçuşdan az sonra ilkin məlumata görə saat 20.55-də yüksək gərginlikli elektrik naqilinə dolaşaraq qəzaya uğramışdır. Faktla bağlı araşdırmalar davam etməkdədir.
Həmin faciəvi qəza nəticəsində helikopterdə olan qəhrəman silah yoldaşlarımızın şəhid olması barədə məumat verilib. Qəzada dünyasını dəyişən hərbçilərimizə Allahdan rəhmət, qohumlarına, yaxınlarına, Türk Silahlı Qüvvətlərinə və böyük Türk millətinə başsağlığı verir və səbr arzulayırıq”.
Qəzada şəhid olanlar:
General mayor Aydoğan Aydın
Polkovnik Oğuzxan Kiçikdemir
Polkovnik Gökhan Peker
Mayor Koray Onay
Kapitan Songül Yakut
Kapitan İlker Acar
Kapitan Nuri Şener
Baş çavuş Mehmet Erdoğan
Çavuş Zəki Koç
Kapitan pilot Serhat Sığınak
Leytenant pilot Abdülmüttalib Kesikbaş
Baş çavuş Fevzi Kıral
Çavuş pilot Hakan İncekal

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?