XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Bakıdan Saratova uçan təyyarə Xəzərə düşüb - 33 nəfərin öldüyü qəzanın təfərrüatı

Bakıdan Saratova uçan təyyarə Xəzərə düşüb - 33 nəfərin öldüyü qəzanın təfərrüatı

Bakıdan Saratova uçan təyyarə Xəzərə düşüb - 33 nəfərin öldüyü qəzanın təfərrüatı
18-06-2022, 12:31

 
AZƏRBAYCANDA AVİAQƏZALAR SİLSİLƏSİNDƏN 8-Cİ YAZI

 
23 aprel 1966-cı il, Bakı.
 
Bakıda şiddətli külək və yağış var, 10 addım qabağı görmək mümkün deyil. Lent.az-ın xəbərinə görə, belə hava şəraitində saat 07.42-də Bakı-Saratov reysi ilə uçan İl-14 tipli təyyarə Binə aeroportundan havaya qalxır. Təyyarə yerdən aralandıqdan sonra pilot sol mühərrikdə problem olduğunu deyərək geri qayıtmağa qərar verir. 07.59-da hər 2 mühərrikin kəskin soyuması barədə məruzə edilir. 08.02-də komandir 200 metr yüksəkdə olduğunu bildirir. Məlum olur ki, dumana görə pilotlar aeroportu görməyərək uçuş zolağında yan keçərək dənizin üstü ilə uçurlar. 5 saniyə sonra təyyarədən SOS siqnalı gəlir: “suya enirik”. Əlaqə kəsilir.
 
Sovet ordusunun Xəzərdəki hərbi gəmiləri dərhal həyəcan siqnalı ilə qaldırılır. Axtarışlar heç bir fayda vermədiyi üçün əməliyyat 3 gün sonra dayandırılır. Xəzər dənizi 5 ekipaj üzvü və 28 sərnişin olmaqla 33 nəfərə məzar olur. 
 
Hadisədən 6 ay sonra hərbi gəmilər təyyarənin qalıqlarını təsadüfən Böyük Zirə adasından 20 km cənubda 23 metr dərinlikdə tapır. Təyyarə sahilə çıxarılsa da, mühərriklərin dayanmasının səbəblərini müəyyən etmək mümkün olmur. 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.