SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub" - Zelenski

"Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub" - Zelenski

Tarix:

10-06-2022, 14:51

/ 282 dəfə oxundu.
"Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub" - Zelenski

 
Ukraynaya qarşı səkkiz illik müharibə zamanı Rusiya Federasiyası 400-ə yaxın beynəlxalq müqaviləni pozub.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski  Kopenhagen Demokratik Sammitinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.

"Söz həmişə qanunun əsasıdır. Bu, həmişə müqavilənin əsasını təşkil edir. Konvensiyalar, nizamnamələr, bəyannamələr və təbii ki, memorandumlar... Yalnız Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı xatırladıram ki, fevralın 24-dən deyil, 2014-cü ildən bəri Rusiya dövlətlərimizin qoşulduğu dörd yüzə yaxın müxtəlif beynəlxalq müqaviləni pozub.  Rusiya dövləti ATƏM-in 1975-ci il Yekun Aktını, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasını, Avropa Şurasının Nizamnaməsini və  b. hüquqları,  nizamnamələri   pozub", - prezident vurğulayıb. 


Şərhlər

XƏBƏR LENTİ