“Azərbaycanın islahat səylərini dəstəkləyirik” - Tramp
ABŞ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməyə davam edir.
İtar-Tacc agentliyinə istinadən xəbər veririk ki, bu sözlər prezident Donald Trampın bu gün Bakıda açılışı olan 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının iştirakçılarına ünvanlanan müraciətində deyilir:
“Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi”nə qərarlı dəstəyini davam etdirir. Mən Azərbaycanın qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin Xəzərin enerji resurslarının işlənməsi və ixracındakı rolunu yüksək qiymətləndirirəm”.
Tramp həmçinin qeyd edib ki, səmimi qəlbdən Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və islahatlar aparılmasındakı səylərini dəstəkləyir və digər sferalarda da əməkdaşlıq imkanlarının araşdırılmasını istəyir. ABŞ Azərbaycanla iqtisadi, inzibati və məhkəmə islahatlarının davam etdirilməsi üçün işləməyə hazırdır.
ABŞ prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun həmsədrliyi ilə sülh yolu ilə həllinə sadiq qaldığını vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır