Rusiyanın keçmiş deputatı Ukrayna vətəndaşı oldu - YENİLƏNİB
Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib.
Xalqxeber.az Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.
Onun sözlərinə görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.
***11:22
Rusiyalı jurnalist Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.
Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.
Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıdır.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var