Çubaysın gedişi Putinə bunun mesajıdır
Rusiya təbii qazdan siyasi təsir aləti kimi istifadə etməyə başladı. Bu da rus qazından asılı olan AB ölkələrini ciddi şəkildə düşündürür, narahat edir. Rusiyanın təbii qazı rublla satacağını elan etməsi isə AB ölkələrinin ciddi narazılığına səbəb olub. Ona görə də Qərb təbii qazın alınması üçün müxtəlif alternativ yollar axtarmaqdadır.
Bu sözləri açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl deyib.
Professorun sözlərinə görə, AB-nin yeni enerji marşrutları axtarışı Türkiyə və Azərbaycanın strateji əhəmiyyətini artırır:
“Avropa alternativ mənbələrə çıxış imkanı qazansa, uzunmüddətli perspektivdə bu, Rusiya iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Anatoli Çubaysın istefa verərək ölkəni tərk etməsi əslində Putinə və ətrafına ciddi bir mesajdır. Bu, müəyyən məsələlərin artıq nəzarətdən çıxdığının göstəricisidir.
Şimal Axını-2-nin dayandırılması isə Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini olduqca artırır. Mərkəzi Asiya ölkələrinin ölkəmizin üzərindən qazı Türkiyəyə və oradan Avropaya daşınması da mümkün variantlar arasındadır. Bu variant həm Azərbaycan, həm də Türkiyənin milli təhlükəsizliyinin daha etibarlı şəkildə təmini baxımından xüsusi əhəmiyyət kəsb edə bilər”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var